Üruzganda toya hücum
Üruzganda toya hücum — 1 iyul 2002-ci il tarixində Əfqanıstanın Üruzgan vilayətində keçirilən bir toy mərasimi zamanı bir ABŞ hərbi təyyarəsinin toyun keçirildiyi məkana bomba atması.
1 iyul 2002-ci ildə ABŞ Hərbi Hava Qüvvələri Əfqanıstanın Üruzgan vilayətində hava hücumu həyata keçirmişdir. Atılan bombalardan biri toy məclisinə düşmüşdür. Nəticədə ən azı 34 nəfər ölmüş, ən azı 50 nəfər yaralanmışdır. Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri öz təyyarələrinin qısa müddət əvvəl zenit atəşi ilə hədəfə alındığını söyləmişdir. Əfqanıstan hökuməti toy qonaqlarının bayram münasibətilə havaya atəş açdıqlarını bildirmişdir.